İqtisadiyyat

Bakıda metro stansiyalarından biri yenidən qurulacaq - Özəl

06 Nov 2026, 10:34 23 baxış
Bakıda metro stansiyalarından biri yenidən qurulacaq - Özəl
Bakı Metropoliteninin "qırmızı xətt"i üzrə fəaliyyət göstərən "Həzi Aslanov" stansiyası yenidən qurulacaq. Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Lahiyələrinin İdarə Olunması Departamentinin rəisi Məmməd Rzayev deyib. O bildirib ki, metro stansiyasında yenidən tikinti quraşdırma işləri həyata keçiriləcək: "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, 2030-cu ilə qədər "yaşıl xətt"in şərti adı "Y-17" olan, "Həzi Aslanov-2" metro stansiyası kimi tanınan stansiya istifadəyə verilməlidir. Stansiya istifadəyə veriləndən sonra "Həzi Aslanov" stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər