İqtisadiyyat

Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər

06 Nov 2026, 11:00 24 baxış
Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər
Dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak edənlərin rüsumdan azad olunması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir. Oxu.Az-ın məlumatına görə, bu məsələ "Dövlət rüsumu haqqında" Qanun layihəsində əksini tapıb. Sənədə əsasən, "Dövlət-özəl tərəfdaşlığı haqqında" Qanun çərçivəsində dövlət təminatı alan özəl tərəfdaşlar rüsumlarını ödəməkdən azad ediləcəklər. İndiki qanunvericiliyə görə, investisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar həmin fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər