İdman
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirib. Oxu.Az xəbər verir ki, yığma Lənkəran Olimpiya İdman Kompleksində Çexiya seçməsi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Millimizin heyətində hər iki qolu Kənan Manafov vurub. Çexiya millisinin qollarına isə Mixael Seydler və Murad Quluzadənin avtoqolu səbəb olub. Xatırladaq ki, komandalar arasında ilk matçda çexiyalılar 2:1 hesabı ilə qalib gəlmişdilər. Azərbaycan millisi növbəti oyununu noyabrın 8-də Bakıda Latviya yığmasına qarşı keçirəcək.
Mənbə
oxu.az