Digər

Mirzoyandan Gümrü açıqlaması: Müzakirəni Putin başladıb

05 Nov 2026, 15:32 3 baxış
Mirzoyandan Gümrü açıqlaması: Müzakirəni Putin başladıb

Ermənistan ərazisindəki Rusiya hərbi bazası ilə bağlı narazılıqları eşitmişəm.


Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.


O bildirib ki, siyasi müstəvidə, o cümlədən maliyyə baxımından Ermənistanda Rusiya hərbi bazasının mövcudluğunun nə dərəcədə məqsədəuyğun olduğu müzakirə edilir:


“Xatırladığım qədərilə, bu müzakirəni Rusiya prezidenti başlayıb. O, “İstəyirsinizsə, hərbi bazanın fəaliyyətinin davam etdirilməsi və ya onun fəaliyyətinə xitam verilməsi məsələsini müzakirə edək” deyə bildirmişdi. İstəyirsinizsə, müzakirə edək, biz buna qarşı deyilik”.

Mənbə axar.az

Oxşar Xəbərlər