Dünya

Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Paşinyandan açıqlama

05 Nov 2026, 15:52 3 baxış
Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Paşinyandan açıqlama
"Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq üçün heç bir hazırlıq işləri həyata keçirmir". Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumatına görə, bu barədə hökumət rəhbəri Nikol Paşinyan parlamentdəki brifinqdə çıxışı zamanı bildirib. Noyabrın 3-də "Euronews" telekanalına müsahibəsində Paşinyan 2027-2028-ci illərdə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edə biləcəyini istisna etməyib. Bununla əlaqədar mətbuat nümayəndələri İrəvanın Aİİ-dən ayrılmaq üçün hər hansı siyasi zəmin hazırlayıb-hazırlamadığını soruşublar. "Xalqa verdiyimiz vədə uyğun olaraq, alternativ variantın formalaşdırılmasına başlamışıq. Məqsəd vətəndaşların seçim imkanının olmasıdır. Biz Aİİ-ni tərk etmək niyyətində deyilik, lakin ittifaqdakı həmkarlarımız referendumun müəyyən edilməsi və keçirilməsi məsələsini gündəmə gətirirlər", - deyə baş nazir vurğulayıb. Hökumət rəhbərinin sözlərinə görə, referendumun təşkili üçün bir sıra qanunverici prosedurlardan keçmək lazımdır və rəsmi İrəvan artıq bu istiqamətdə zəruri addımlar atır. "Hazırkı proses bizi 2027-2028-ci illərdə Aİ-yə tamhüquqlu üzvlük proseduruna başlamaq üçün müraciət etməyə doğru aparır", - deyə o əlavə edib. Həmçinin baş nazir qeyd edib ki, Ermənistan tərəfi Aİİ-dən çıxmağın ehtimal olunan nəticələri barədə Avrasiya Hökumətlərarası Şurasının məruzəsi ilə tanış olub və sənəddəki rəylərin böyük bir qismi ilə razılaşmır. Buna baxmayaraq, İrəvan öz etirazlarını həmkarlarına işçi qaydada təqdim edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər