Dünya

Ermənistan prezident administrasiyasının keçmiş rəhbəri saxlanıldı

04 Nov 2026, 17:20 2 baxış
Ermənistan prezident administrasiyasının keçmiş rəhbəri saxlanıldı
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın aparat rəhbərinin müavini və dördüncü prezident Armen Sarkisyanın aparat rəhbəri səlahiyyətlərinin müvəqqəti icraçısı Vardan Makaryan saxlanılıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə müstəqil jurnalist Vaqe Makaryan öz mənbələrinə istinadən məlumat verib. Makaryan bir müddət əvvəl Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan və onun qohumu Narek Karapetyanın, eləcə də onlarla əlaqəli şəxslərin yaşayış yerlərində aparılan genişmiqyaslı axtarışlardan sonra saxlanılıb. Vardan Makaryan 2020-ci ildən şirkətin bu il milliləşdirilməsinə qədər Ermənistan Elektrik Şəbəkələri Direktorlar Şurasının üzvü postunu tutub. Axtarışlar, çox ehtimal ki, şirkətin milliləşdirilməsindən sonra Ermənistan Elektrik Şəbəkələrində başlayan proseslərlə əlaqəlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər