Dünya

Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib

04 Nov 2026, 16:32 3 baxış
Rusiya KTMT-də Ermənistana qarşı qərar layihəsi təqdim edib
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şurası müvafiq gündəlik təsdiqlənəcəyi təqdirdə qurumun nizamnaməsinin 25-ci maddəsinin Ermənistana münasibətdə tətbiqi məsələsinə baxa bilər. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalatbek Masadıkov Avrasiya təhlükəsizliyi üzrə IV Minsk beynəlxalq konfransında mətbuat nümayəndələrinə açıqlamasında bildirib. Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın KTMT-yə yenidən qayıtmaq ehtimalını görmədiyini vurğulamışdı. "Cari ildə, noyabrın 10-da gündəlik təsdiq edilərsə, bu o deməkdir ki, Kollektiv Təhlükəsizlik Şurasında sözügedən məsələ müzakirəyə çıxarılacaq. Fəaliyyətin dayandırılması qərarı Ermənistanın öz seçimidir. Ölkə başçılarımızın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Şurasının yekun qərarı isə iclasdan sonra məlum olacaq", - deyə T.Masadıkov qeyd edib. O həmçinin əlavə edib ki, Rusiya Federasiyası tərəfindən KTMT Nizamnaməsinin 25-ci maddəsinin Ermənistana qarşı tətbiq edilməsini nəzərdə tutan qərar layihəsi irəli sürülüb. "Bu sənəd üzvlük haqlarına və belə demək mümkünsə, təşkilatda mövcudluğa rəğmən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində artıq üçüncü ildir iştirak etməmək məsələsinə aiddir", - deyə o vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər