Dünya

Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon

04 Nov 2026, 13:48 2 baxış
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon
Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır. Oxu.Az-ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminən 1.6 milyon ABŞ dolları) vəsait ayrılıb. Məlumata görə, 2023-cü ildə bu məqsədlərlə təxminən 542 milyon dram, 2024-cü ildə isə 603 milyon dram ayrılmışdı. Beləliklə, gündəlik xərclər 1.7 milyon dramı (təxminən 5 min dollar) geridə qoyur. Bu vəsaitlər dörd yüksəkvəzifəli məmurun və onların ailələrinin təminatı üçün nəzərdə tutulub. Bunlar baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, parlament sədrinin müavini Ruben Rubinyan və müdafiə naziri Suren Papikyandır. Xərclərə Kond ərazisindəki hökumət iqamətgahlarının saxlanılması, kommunal xidmətlər, mühafizə və texniki xidmət daxildir. Lakin nəşr iddia edir ki, dövlət hesabına ailələrin məişət xərcləri də - ərzaq məhsullarından və tualet kağızından tutmuş kosmetik prosedurlara qədər hər şey ödənilir. Nəşr daha əvvəl bildirmişdi ki, Paşinyanın ailəsindəki qadınların istifadə etdiyi gözəllik salonunun xidmətləri "Hökumət bağlarının təsərrüfatı" vasitəsilə ödənilir. Hökumət aparatı jurnalistlərin sorğusuna cavab olaraq bu məlumatı təsdiqləyib və izah edib ki, baş nazir hər ay maaşının bir hissəsini təşkilatın hesabına köçürür və ödənişlər oradan həyata keçirilir. Jurnalistlər həmçinin salon xidmətlərinin qiymətlərini də aydınlaşdırıblar: gelli manikür 13 min dramdan, pedikür isə 20 min dramdan başlayır. Xidmət ən azı iki gün əvvəldən rezervasiya edilməsi tələb olunan VIP-zalda göstərilir. Nəşrin hesablamalarına görə, əgər baş nazirin həyat yoldaşı və üç qızı salona ayda iki-üç dəfə baş çəkirsə, manikür və pedikür xərcləri aylıq demək olar ki, 1000 dollara çata bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər