İqtisadiyyat
2027-ci il üçün sosialyönlü xərclər necə proqnozlaşdırılır?
"2027-ci il üçün sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər və digər sosial dəstək tədbirləri) üçün dövlət büdcəsi xərclərinin 44.2 faizi və ya 18 milyard 733.4 milyon manat məbləğində vəsait proqnozlaşdırılır ki, bu da 2026-cı illə müqayisədə 1 milyard 582.1 milyon manat milyon manat və ya 9.2 faiz 2025-ci ilin icrası ilə müqayisədə 22.8 faiz çoxdur". Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb. Qeyd edək ki, 2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4.9 faiz bəndi, mütləq ifadədə isə 4 milyard 394.3 milyon manat və ya 30.6 faiz artıb.
Mənbə
oxu.az