İqtisadiyyat

DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlandı

04 Nov 2026, 12:30 12 baxış
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlandı

Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlirləri 9 220 500 000,0 manat proqnozlaşdırılıb.


Axar.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.


Nazir deyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərcləri 9 272 540 000,0 manat məbləğində olacaq. DSMF-nin 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə 52 040 000,0 manat yönəldiləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər