İdman
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
"Vikinq"in əvvəlki oyunlarda nələr etdiyini yaxşı bilirik. Bu matça da taktiki baxımdan digər qarşılaşmalara hazırlaşdığımız kimi hazırlaşmışıq. Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçin "Vikinq" klubu ilə keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında deyib. V.Dambrauskas rəqib komandanın oyunlarını təhlil etdiklərini bildirib: "Onların əvvəlki oyunlarda nələr etdiyini yaxşı bilirik, bütün qarşılaşmalarını izləyirik. Bu komandanın güclü olduğunu görürük". Baş məşqçi "Sabah"ın futbolçularının növbəti matça hazırlaşdıqlarını vurğulayıb: "Bu oyun üçün 23 futbolçu hazırdır. Amma onlardan bir neçəsinin meydana çıxıb-çıxmayacağına axşam məşqindən sonra qərar veriləcək". Mütəxəssis komandada əhval-ruhiyyənin yüksək olduğunu da qeyd edib: "Mənim üçün əsas məsələ komandanın növbəti oyuna qədər bərpa olunmasıdır". Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Mənbə
oxu.az