İdman
Eyden Makkarti: "Özümə də, komanda yoldaşlarıma da güvənirəm"
"Özümə də, komanda yoldaşlarıma da güvənirəm. Düşünürəm ki, istənilən vəziyyətin öhdəsindən bacardığımız qədər yaxşı gələcəyik". Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Eyden Makkarti UEFA Çempionlar Liqasının IV turunda Norveç təmsilçisi "Vikinq"lə keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında deyib. Müdafiəçi rəqibin əks-hücumlarına qarşı diqqətli olmağın vacibliyini vurğulayıb: "Təkcə müdafiə xətti deyil, bütün komanda vahid kollektiv kimi oynamalıdır. Hər vəziyyət fərqli yanaşma tələb edir". Makkarti Çempionlar Liqasında vurduğu ilk qolun ona necə təsir etdiyindən də danışıb: "Bu, özünəinamı artırır. Belə fürsət hər kəsə tez-tez nəsib olmur. Mənim üçün əsas məsələ bu uğuru növbəti oyuna daşımaq və yenidən fürsət yaranarsa, topu qapıya göndərməkdir. Eyni zamanda müdafiədə etibarlı oynamalıyıq". Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Mənbə
oxu.az