Cəmiyyət

Bu gün üç rayonda qaz olmayacaq

04 Nov 2026, 01:35 3 baxış
Bu gün üç rayonda qaz olmayacaq

Daşkəsən, Tovuz və Şəmkir rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Axar.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.


Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri və aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar noyabrın 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək aşağıdakı ərazilərdə qaz təchizatı dayandırılacaq:


- Daşkəsən rayonunun Qaraqollar, Qazaxyolçu, Zağalı və Xoşbulaq kəndləri;


- Tovuz rayonunun "Alakol Sənaye" ölçü qovşağı;


- Şəmkir rayonunun "Çinarlı Sənaye" ölçü qovşağı.


Qaz təchizatında fasilə qeyd olunan ölçü qovşaqları üzrə qeyri-əhali abonentlərinə şamil olunacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər