Kriminal

Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı

03 Nov 2026, 21:06 3 baxış
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Gəncə şəhərində 88 yaşlı qadın qətlə yetirilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, oktyabrın 28-də Gəncə şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda qocalığa görə ölməsi ilə bağlı yaxınlarına məlumat verilib. Polis əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib. Şübhəli şəxs saxlanılaraq istintaqa cəlb edilib. Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər