Kriminal
Goranboyda avtomobil dərəyə aşıb, ölən var
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Totan kəndində baş verib. VAZ-2121 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sərnişin, 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə
oxu.az