Digər

Yuliya Mendel dövlətə xəyanətdə şübhəli bilinir

03 Nov 2026, 22:54 3 baxış
Yuliya Mendel dövlətə xəyanətdə şübhəli bilinir

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Baş Prokurorluqla birgə Ukrayna prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendeli şübhəli şəxs qismində istintaqa cəlb ediblər.


Axar.az xəbər verir ki, o, hərbi vəziyyət dövründə dövlətə xəyanətdə, həmçinin Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandırmaqda və onu inkar etməkdə ittiham olunur.


Ukraynanın hüquq-mühafizə orqanlarının məlumatına görə, aparılan ekspertizalar və əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Mendel ictimai çıxışlarında və sosial şəbəkələrdəki paylaşımlarında Ukraynanı beynəlxalq arenada gözdən salıb, eyni zamanda Rusiya hakimiyyətinə və Ukraynaya qarşı genişmiqyaslı müharibəyə haqq qazandırıb.


Qeyd olunub ki, Mendel ölkə xaricindədir. Hazırda onun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər