Cəmiyyət
Bakının iki rayonunda qaz olmayacaq
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, magistral qaz kəmərində aşkarlanan qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan təmir işləri başa çatanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mənbə
oxu.az