Cəmiyyət

Bakının iki rayonunda qaz olmayacaq

03 Nov 2026, 21:10 3 baxış
Bakının iki rayonunda qaz olmayacaq

Noyabrın 4-də Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.


Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


"Magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar noyabrın 4-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai və Suraxanı rayonlarının bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq" , - məlumatda bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər