Siyasət

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

03 Nov 2026, 21:19 3 baxış
Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Azərbaycan və Latviya konsulluq məsləhətləşmələri keçirib, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması və praktiki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva X sosial şəbəkəsindəki səhifəsində bildirib.


"Riqada hər iki ölkənin Xarici İşlər nazirliklərinin və aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib. Müzakirələrin mərkəzində konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, təcrübə mübadiləsi və daha sıx praktiki əməkdaşlıq imkanları məsələləri olub. Səmimi qəbula və konstruktiv qarşılıqlı fəaliyyətə görə latviyalı həmkarlarımıza minnətdarıq", - o yazıb.

Mənbə axar.az

Oxşar Xəbərlər