Digər
1714-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1714-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 278 646 PUA-sı, 672 zenit-raket kompleksi, 31 515 tank və digər zirehli texnikası, 1 795 reaktiv yaylım atəş sistemi, 36 862 artilleriya və minaatanı, 76 246 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az