Cəmiyyət

Nə qədər sərnişin metrodan ödənişsiz istifadə edib?

03 Nov 2026, 18:48 3 baxış
Nə qədər sərnişin metrodan ödənişsiz istifadə edib?
"Sentyabrın 23-dən bəri 676 760 sərnişin "Avtovağzal" və "Xocəsən" stansiyalarından ödənişsiz istifadə edib". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, təkcə oktyabr ayında isə ümumilikdə 556 424 sərnişin "Avtovağzal" və "Xocəsən" stansiyalarından ödənişsiz istifadə edib. "Hazırda "Avtovağzal" və "Xocəsən" stansiyalarında ödənişsiz keçidin hansı müddətədək davam edəcəyi ilə bağlı konkret tarix müəyyən edilməyib. Bununla bağlı qərar nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında veriləcək", - deyə məlumatda bildirilib. Xatırladaq ki, sentyabrın 23-dən etibarən "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər