İqtisadiyyat

SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb - Foto

03 Nov 2026, 16:51 3 baxış
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb - Foto
SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin enerji sektorunda da uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər SOCAR ilə "KazMunayGas" arasında 2024-cü ildə imzalanmış Strateji Əməkdaşlıq Memorandumu üzrə görülən işləri, o cümlədən Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması istiqamətində əməkdaşlığın genişləndirilməsi və enerji sektorunun müxtəlif sahələrində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.
{{gallery}}
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb - Foto SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər