Dünya
Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
"Ukrayna ərazisindəki hərbi əməliyyatların yaxın aylarda yekunlaşacağı gözlənilir. Bu mənim şəxsi qənaətimdir. Çünki artıq resurslar tükənib, güc qalmayıb və hər kəs yorulub". Oxu.Az-ın BELTA-ya istinadən verdiyi məlumata görə, bu barədə Belarus prezidenti Minsk şəhərində təşkil olunmuş Avrasiya təhlükəsizliyi üzrə konfransda bəyanat verib. Onun sözlərinə əsasən, Ukraynadakı hərbi münaqişə barədə müəyyən "anlayış fərqlilikləri"nin olmasına rəğmən, Belarus rəhbərliyi Rusiya ilə ortaq kursa hər zaman sadiq olacaqdır. O, yaxın bir il ərzində Ukraynada sülhün əldə olunmasını mümkün sayır. Aleksandr Lukaşenko Rusiya, Belarus və Ukrayna xalqlarının "gec və ya tez bir yerdə olacaqları"na tam əmindir.
Mənbə
oxu.az