Dünya

Kiyevdə qanlı toqquşma: Yerli "döyüşçülər" insanlara hücum ediblər? - Video

03 Nov 2026, 14:24 3 baxış
Kiyevdə qanlı toqquşma: Yerli "döyüşçülər" insanlara hücum ediblər? - Video
Kiyev yaxınlığındakı etirazlar zamanı baş verən toqquşmalardan sonra ölən və yaralananlar var. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Ali Radasının deputatı Artem Dmitruk özünün "Telegram" kanalında məlumat verib.

"Volodimir Zelenski tərəfindən göndərilən "döyüşçülər" insanları döyürdülər və atəş açırdılar. Ölənlər və ağır yaralananlar var", - deyə Dmitruk yazıb. Deputat tərəfindən yayımlanan videoda yerdə huşsuz vəziyyətdə uzanan kişi görünür. Kadr arxasındakı insanlar onun döyüldüyünü iddia edirlər. Qeyd edək ki, noyabrın 2-də Kiyev yaxınlığındakı fərdi evin zirzəmisində silahlı şəxslər təxminən 40 nəfəri məcburən saxlayıblar. Daha sonra məlum olub ki, onların çoxunda işgəncəni sübut edən xəsarətlər olub. Hadisə işıqlandırıldıqdan sonra təcili yardım maşınlarına üzərində döyülmə izləri olan dörd nəfəri aparmağa icazə verilib və onlardan biri ağır vəziyyətdədir. Polis daha sonra rəsmi olaraq bildirib ki, evdə Ukrayna Milli Qvardiyasının hərbçiləri yerləşiblər. Ukrayna Milli Qvardiyasının komandiri Oleksandr Pivnenko bildirib ki, xəsarətləri olan dörd kişi qaçan əsgərlərdir. O, evi "müvəqqəti yerləşdirmə məntəqəsi" adlandırıb və etiraf edib ki, onun ərazisində, həmçinin səfərbər olunmuş əsgərlər də saxlanılır. Evin qarşısında kütləvi etirazlar başlayıb və bu zaman Milli Qvardiya saxlanılan bütün kişiləri sağlamlıq vəziyyətlərinin yoxlanması üçün tibb müəssisəsinə buraxmağa razı olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər