İdman
"Qalatasaray"ın oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasının əsas mərhələsində IV turun oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, gecənin diqqətçəkən matçlarından birində Türkiyə çempionu "Qalatasaray" doğma meydanda Almaniyanın "Ştutqart" klubunu qəbul edəcək. Azərbaycanda azarkeşlər "Qalatasaray" - "Ştutqart" oyununu Bakı vaxtı ilə saat 21:45-dən "CBC Sport" telekanalından izləyə biləcəklər. Gecənin digər maraqlı görüşlərində İspaniyanın "Atletiko Madrid" klubu Almaniya nəhəngi "Bavariya" ilə, İngiltərənin "Mançester Yunayted" komandası isə İtaliyanın "Roma" klubu ilə qarşılaşacaq. "Mançester Yunayted" - "Roma" matçı saat 00:00-da "CBC Sport" TV-də, "Atletiko Madrid" - "Bavariya" görüşü isə eyni saatda İctimai TV-də yayımlanacaq. UEFA Çempionlar Liqası Liqa mərhələsi IV tur 3 noyabr 21:45, "Qalatasaray" - "Ştutqart" ("CBC Sport" TV). 4 noyabr 00:00, "Atletiko Madrid" - "Bavariya" (İctimai TV); 00:00, "Mançester Yunayted" - "Roma" ("CBC Sport" TV).
Mənbə
oxu.az