Cəmiyyət
Sabunçuda içməli su küçəyə axdı - Qurum hərəkətə keçdi - Video
Paytaxtın Bakıxanov qəsəbəsində sakinlər içməli suyun küçəyə axmasından şikayət edirlər. Bu barədə vətəndaşlar Oxu.Az-ın qaynar xəttinə (055-224-12-12) müraciət edərək məlumat veriblər Onların sözlərinə görə, yerli sakinlər arasında "Yay klubu" adlandırılan ərazidə borudan içməli su çölə axır: "Natəmiz vəziyyətlə yanaşı içməli suyun da küçəyə axması bizi narahat edir". Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvana Sabunçu Sukanal İdarəsinin qəza briqadası cəlb edilib və su xəttində axıntının qarşısı alınıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər