Cəmiyyət

Bakının mərkəzində 15 gündür içməli su küçəyə axıdılır

03 Nov 2026, 13:40 3 baxış
Bakının mərkəzində 15 gündür içməli su küçəyə axıdılır
Bakının mərkəzi hissəsində içməli su borusu partlayıb. Bu barədə Oxu.Az-a Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 64 saylı binanın sakinləri müraciət ediblər. Məlumatda bildirilir ki, hadisə təxminən 15 gündür baş verib: "15 gün əvvəl binanın qarşısından keçən su xətti partlayıb. Binanın qarşısı və zirzəmisi su ilə dolub. Rəsmi qurumlara dərhal məlumat vermişik. Amma heç bir tədbir görülmür. Bir həftə əvvəl bir qrup gəlib baxdı və dedilər ki, onlar yalnız kanalizasiya xətlərinə nəzarət edirlər. Dedilər ki, Nərimanov Rayon Sukanal İşarəsi nəzarət edir. İdarənin rəisi Şakir müəllimə neçə gündür zəng edirik. Nə bizim zəngimizə cavab verir, nə də problemi aradan qaldırır. Artıq binanın qarşısı da su ilə dolub. Şəhərin mərkəzində yaşayırıq, amma evimizdən küçəyə çıxa bilmirik". İri Şəhərlərin Su Təchizatı Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə ilə bağlı Nərimanov Sukanal İdarəsinə məlumat verilib: "Əraziyə briqada cəlb ediləcək, müvafiq işlər görüləcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər