İdman

"Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib

03 Nov 2026, 11:32 3 baxış
"Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib
"Qarabağ" komandası 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib. Bu barədə Oxu.Az-a Peşəkar Futbol Liqasından məlumat verilib. "Neftçi" (3:3), "Sabah" və "Qəbələ" (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan Ağdam klubu 11 ildən sonra belə seriya ilə üzləşib. 11 qat ölkə çempionu 2015/16 mövsümünün ilk yarısında ardıcıl 3 heç-heçə edib. 2015-ci ilin dekabrında "Zirə" (0:0), "Sumqayıt" (2:2) və "Qəbələ"yə (1:1) qarşı matçlarda fərqli hesablar qeydə alınıb. Qeyd edək ki, mövsümdə ikinci dəfə komandalardan biri ardıcıl üç dəfə heç-heçə edib. Bunadək "Neftçi" "Sabah" (0:0), "Qarabağ" (3:3) və "Turan Tovuz" (1:1) ilə görüşlərdən sülhlə ayrılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər