İdman

İspaniyada qapıçı ilə toqquşan futbolçu vəfat etdi - Video

03 Nov 2026, 13:21 2 baxış
İspaniyada qapıçı ilə toqquşan futbolçu vəfat etdi - Video
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Miqel 30 yaşında dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hadisə noyabrın 2-də "Tenerife"nin "Andorra" ilə qarşılaşmasının (2:2) son dəqiqələrində baş verib. Xesus de Miqel rəqib komandanın qapıçısı Xesus Ovononun sərt müdaxiləsindən sonra ağır zədə alıb. Hadisədən sonra futbolçuya meydançada tibbi yardım göstərilib və o, təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Qarşılaşma isə 108-ci dəqiqədə dayandırılıb. "Tenerife" klubunun məlumatına görə, futbolçunun vəziyyəti xəstəxanada müşahidə altında saxlanıldığı müddətdə nevroloji baxımdan pisləşib. O bu gün səhər saat 08:00-da vəfat edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər