Kriminal

Hesaba görə başlayan mübahisə qanla bitdi

03 Nov 2026, 07:50 3 baxış
Hesaba görə başlayan mübahisə qanla bitdi
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birinin ərazisində qeydə alınıb. İlkin məlumata görə, mübahisə zəminində 1986-cı il təvəllüdlü Səhubi Xudadatov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Münaqişəyə hesaba görə başlayan mübahisə səbəb olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, 2008-ci il təvəllüdlü Fuad Cəfərli saxlanılıb. Faktla bağlı araşdırma aparılır. İqbal Ziya
Mənbə oxu.az

Oxşar Xəbərlər