Dünya

Milyoner iki uşağı və arvadı ilə Floridada faciəli şəkildə öldü

03 Nov 2026, 08:10 3 baxış
Milyoner iki uşağı və arvadı ilə Floridada faciəli şəkildə öldü
İT-milyoner Adam Robinson arvadı və iki uşağı ilə Floridadakı təyyarə qəzasında həlak olub. Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, göyərtədə onlardan başqa iki pilot, ailənin iki dostu və dayə də olublar. Cütlüyün qızı Emminin 4, oğlu Çarlinin isə 2 yaşı olub. Robinsin "Retention" və "RB2B" informasiya texnologiyaları şirkətinin yaradıcısı və baş direktoru olub. Onun həyat yoldaşı Helen faciədən qısa müddət əvvəl Aspenə köçəcəklərini bildirmişdi. Qəzanın səbəbləri hələ məlum deyil. İlkin ehtimala görə, təyyarə nəhəng turbolentliyə düşüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər