Digər
ABŞ Qeşm adasını vurdu: raket qurğusu məhv edildi
ABŞ-a məxsus hərbi təyyarə özünümüdafiə məqsədilə zərbə endirərək İranın Qeşm adasında yerləşən raket buraxılış qurğusunu məhv edib.
Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Bildirilir ki, zərbə İran qüvvələrinin ABŞ-ın regiondakı hərbi qüvvələrinə qarşı yer-hava tipli raketlərdən istifadə etməsinə cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, “Röyters“ və “Associated Press“ də ABŞ-ın Qeşm adasına zərbə endirdiyini təsdiqləyən məlumatlar yayıb.
Xatırladaq ki, daha əvvəl Qeşm adasının cənubunda MQM-170 tipli iki ədəd ABŞ kəşfiyyat dronunun vurulması ilə bağlı məlumat yayılmışdı.
Mənbə
axar.az