Maraqlı

Çinli qadının hoteldə "4 saatlıq azadlığı" trendə çevrilir

03 Nov 2026, 06:32 3 baxış
Çinli qadının hoteldə "4 saatlıq azadlığı" trendə çevrilir
Çində qeyri-adi tendensiya populyarlaşır. Analar ev işlərindən və gündəlik qayğılardan bir neçə saatlıq uzaqlaşaraq rahat yatmaq və tək qalmaq üçün hotel otaqları bron etməyə başlayıblar. Oxu.Az NDTV nəşrinə istinadən xəbər verir ki, son araşdırmalar ev işlərinin əsas yükünün hələ də qadınların üzərinə düşdüyünü göstərir. Çində işləyən anaların üçdə birindən çoxu hər gün ev işlərinə iki saatdan artıq vaxt sərf edir. Bu göstərici işləyən atalarla müqayisədə xeyli yüksəkdir. Nəşr 34 yaşlı bir qadının hekayəsini nümunə göstərib. O, sosial şəbəkələrdə evdə özünə aid şəxsi məkanının olmadığını yazıb. Qadın həyat yoldaşı, onun valideynləri və məktəbəqədər yaşlı qızı ilə birlikdə yaşayır. Ailə mühitindəki sıxıntılardan uzaqlaşmaq istəyən qadın bir dəfə işdən sonra evə gec gələcəyini bildirərək hotel otağı bron edib. "Dörd saatlıq azadlıq üçün 100 yuandan bir qədər artıq pul xərcləməyə dəyərdi. Həmin an sanki özümlə görüşə çıxmışdım", - deyə o yazıb. Qadının paylaşımı qısa müddətdə geniş yayıldıqdan sonra Çinin müxtəlif bölgələrində yaşayan işləyən analar da sosial şəbəkələrdə özlərinin "hoteldə qaçış gündəlikləri"ni paylaşmağa başlayıblar. İstifadəçilər bildirirlər ki, ailənin digər üzvləri kömək etməyə çalışsalar belə, uşaqlar ehtiyacları yarandıqda yenə də ilk növbədə analarına üz tuturlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər