İdman
"İdmandan kənar": Meydanda qolları unudulmayan bombardir hər şeyi unutdu - Foto/Video
Futbol tarixində elə hücumçular var ki, adları çəkiləndə ilk növbədə vurduqları qollar yada düşür. Gerd Müller də onlardan biridir. O, cərimə meydançasında bir anlıq boşluq tapmaq, ən çətin vəziyyətdə zərbə endirmək və komandasını qələbəyə daşımaq bacarığı ilə əfsanəyə çevrilib. Lakin futbolçu karyerasını başa vurduqdan sonra onun həyatı meydandakı uğurlarından xeyli fərqli istiqamətdə davam edib. Bir vaxtlar rəqib müdafiəçilərin və qapıçıların kabusuna çevrilən futbolçu ömrünün son illərində yaddaşını əlindən alan ağır xəstəliklə mübarizə aparıb. Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə futbol tarixinin ən məhsuldar hücumçularından biri, "Bavariya" və Almaniya millisinin əfsanəsi Gerd Müllerin həyat hekayəsindən bəhs edəcəyik. Uşaqlıqdan başlayan qol sevgisi Gerhard Müller 1945-ci il noyabrın 3-də Almaniyanın Nördlingen şəhərində dünyaya gəlib. Ailəsinin maddi vəziyyəti yaxşı olmayıb. Məktəbi bitirdikdən sonra toxuculuq sahəsində peşə təhsili almağa başlayıb, daha sonra qaynaqçı kimi çalışıb. Ancaq uşaqlıqdan sevdiyi futbol onun həyatının əsas hissəsinə çevrilib. Müller 1958-ci ildə doğma şəhərinin "TSV Nördlingen" klubuna qoşulub. Gənc yaşlarından qol vurmaq bacarığı ilə seçilən futbolçu qısa müddətdə diqqət çəkib. Onun istedadı o qədər böyük olub ki, 16 yaşında bir mövsümdə 198 qol vurduğu bildirilir. 1964-cü ildə, 18 yaşında "Bavariya"ya keçən Müller Münhen klubunda əvvəlcə fiziki görünüşünə görə də diqqət çəkib. Komandanın baş məşqçisi Zlatko Çaykovski onun fiziki quruluşuna şübhə ilə yanaşıb. Lakin çox keçmədən almaniyalı hücumçu meydanda bütün şübhələri aradan qaldırıb.
"Millətin bombardiri" necə yarandı? Müllerin oyun tərzi o dövrün bir çox hücumçusundan fərqlənirdi. O, meydanda ən sürətli və ya texniki cəhətdən ən zərif futbolçu deyildi. Ancaq cərimə meydançasında mövqe seçimi, ani dönüşləri, topa ilk toxunuşu və qol duyumu onu rəqiblər üçün qarşısıalınmaz edirdi. 1965-ci ildə Bundesliqada debüt edən Müller qısa müddətdə "Bavariya"nın əsas qol silahına çevrilib. O, Münhen klubunda keçirdiyi 427 Bundesliqa oyununda 365 qol vurub. Bu göstərici bu günədək liqanın rekordudur. Hücumçu yeddi dəfə Bundesliqanın bombardiri olub, 1971/72 mövsümündə isə 40 qolla yeni rekorda imza atıb. Ümumilikdə, "Bavariya"nın heyətində bütün rəsmi turnirlərdə 607 matçda 566 qol vuran Müller klubun ən böyük əfsanələrindən birinə çevrilib. Komanda ilə dörd dəfə Almaniya çempionu olub, dörd dəfə ölkə kubokunu, üç dəfə isə Avropa çempion klublar kubokunu qazanıb. 1970-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilən Müller "Qızıl top" mükafatına layiq görülüb. Həmin il Meksikada keçirilən dünya çempionatında 10 qol vuraraq turnirin bombardiri olub.
Dünya çempionluğunu gətirən qol Müllerin milli komandadakı göstəriciləri də heyrətamizdir. O, Almaniya millisinin heyətində cəmi 62 oyun keçirsə də, rəqib qapılarından 68 top keçirib. 1972-ci ildə Avropa çempionu olan Müller iki il sonra, öz ölkəsində keçirilən dünya çempionatında daha böyük uğura imza atıb. Almaniya millisi finalda Niderlandla qarşılaşıb. Hesab 1:1 olarkən, fasiləyə az qalmış Müller cərimə meydançasında topu qəbul edib, dönərək zərbə endirib və komandasını önə keçirib. Bu qol oyunun taleyini həll edib. Almaniya 2:1 hesabı ilə qalib gələrək dünya çempionu olub. Həmin qol onun karyerasının ən yaddaqalan anlarından birinə çevrilib. Maraqlıdır ki, Müller finaldan sonra, cəmi 28 yaşında milli komandadakı çıxışını başa vurub. O, bu qərarını ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə izah edib.
Şöhrətin arxasındakı çətinliklər Müller 1979-cu ildə "Bavariya"dan ayrılaraq ABŞ-yə yollanıb və "Fort Lauderdale Strikers" klubunda çıxış etməyə başlayıb. Lakin futbolçu karyerasının son mərhələsində əvvəlki uğurlarını təkrarlaya bilməyib. 1981-ci ildə peşəkar futbolçu kimi çıxışlarını başa vurub. Meydandan uzaqlaşmaq onun üçün gözləniləndən daha çətin olub. Özünün sonralar danışdığı kimi, futbol oynadığı müddətdə hər şey qaydasında getsə də, karyerasını bitirdikdən sonra həyatında boşluq yaranıb. ABŞ-də yaşadığı dövrdə alkoqol asılılığı ilə üzləşib. Ailə və şəxsi həyatında da çətinliklər yaşayıb. Onun vəziyyətindən xəbər tutan keçmiş komanda yoldaşları köməyə gəliblər. "Bavariya"nın sabiq futbolçuları, o cümlədən yaxın dostları ona dəstək göstərərək müalicə almasına kömək ediblər. Müller reabilitasiya prosesindən sonra yenidən həyata qayıtmağı bacarıb. 1992-ci ildə "Bavariya"ya qayıdaraq klubun aşağı yaş qruplarında məşqçi kimi çalışmağa başlayıb. O, 2014-cü ilədək klubun məşqçilər heyətində yer alıb.
Yaddaşını əlindən alan xəstəlik Müllerin həyatının ən ağır dövrü isə daha sonra başlayıb. 2015-ci ilin oktyabrında "Bavariya" klubu əfsanəvi futbolçunun Alzheimer xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb. Həmin vaxt onun 70 yaşı tamam olmağa hazırlaşırdı. Klub və ailəsi xəstəliyi səbəbindən doğum günü ilə bağlı rəsmi tədbirlərin keçirilməyəcəyini bildirmişdi. Alzheimer xəstəliyi zamanla Müllerin yaddaşına və gündəlik həyatına ciddi təsir göstərib. Həyat yoldaşı Usçi onun yanında olub, uzun müddət qayğısına qalıb. 2020-ci ildə, futbolçunun 75 yaşı ərəfəsində həyat yoldaşı onun vəziyyətinin ağır olduğunu və artıq xüsusi qayğıya ehtiyac duyduğunu bildirib. Bir vaxtlar minlərlə azarkeşin qarşısında qollarını havaya qaldıraraq sevinc yaşayan, adını futbol tarixinə yazdıran insan son illərində yaxınlarının qayğısına möhtac qalıb. 2021-ci il avqustun 15-də Gerd Müller 75 yaşında vəfat edib. "Bavariya" həmin gün klub tarixinin ən böyük əfsanələrindən biri ilə vidalaşıb. Gerd Müller geridə yalnız rekordlar və qazanılan kuboklar qoymayıb. O, futbol tarixində cərimə meydançasında qol vurmağın ayrıca sənət olduğunu sübut edən hücumçulardan biri kimi yadda qalıb. Bir vaxtlar rəqib qapılarına yol tapan bombardir ömrünün son illərində yaddaşını itirsə də, futbol dünyası onun adını unutmayıb.

Mənbə
oxu.az
Oxşar Xəbərlər