Cəmiyyət
77-dən 7 minə necə çatdılar? - Ceyranların məskənindən fotoreportaj
Azərbaycanın zəngin təbiətinin nadir canlılarından olan ceyranlar ölkəmizin təbii sərvətlərindən biridir. Sürəti, zərifliyi və səhralıq ərazilərə uyğunlaşma qabiliyyəti ilə seçilən bu heyvanlar uzun illər ərzində müxtəlif təhlükələrlə üzləşib. Vaxtilə Azərbaycanda sayları kəskin azalan ceyranların qorunması və çoxaldılması istiqamətində həyata keçirilən tədbirlər isə bu gün öz bəhrəsini verir. Oxu.Az Şirvan Milli Parkından fotoreportajı təqdim edir.
Hazırda Şirvan Milli Parkı ölkəmizdə ceyran populyasiyasının ən böyük məskənlərindən biri olmaqla yanaşı, onların qorunması və tarixi yaşayış areallarına qaytarılması istiqamətində mühüm rol oynayır. Son hesablamalara əsasən, burada 7 min başdan çox ceyran yaşayır. Şirvan düzünün geniş yarımsəhra landşaftı, açıq düzənlikləri və təbii yem ehtiyatları ceyranların yaşaması, qidalanması və çoxalması üçün əlverişli şərait yaradır. Bu ərazidə sözügedən canlıların təbii mühitdə müşahidə etmək mümkündür. Onların sürətlə hərəkət etməsi, açıq sahələrdə dəstə halında dolaşması və ətraf mühitə daim diqqət yetirməsi təbiətin özünəməxsus mənzərəsini yaradır.
Ceyranların bugünkü sayına çatması heç də asan olmayıb. Ötən əsrin ortalarında nizamsız ovlanma, insan fəaliyyətinin genişlənməsi və təbii yaşayış mühitinin daralması nəticəsində onların sayı kəskin azalmışdı. 1961-ci ildə Şirvan ərazisində aparılan hesablamalar zamanı cəmi 77 baş ceyran qeydə alınmışdı. Bu vəziyyət növün gələcək mövcudluğu ilə bağlı ciddi narahatlıq yaradırdı. Məhz bundan sonra ceyranların mühafizəsi istiqamətində xüsusi tədbirlər görülməyə başlanıldı. 1969-cu ildə Şirvan Dövlət Təbiət Qoruğunun yaradılması bu istiqamətdə mühüm addımlardan biri oldu. Növbəti mərhələdə isə 2003-cü il iyulun 5-də Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi areallarının bərpası üçün daha geniş imkanlar açdı.
İllər ərzində həyata keçirilən mühafizə tədbirləri, qanunsuz ovçuluğa qarşı mübarizə və təbii yaşayış mühitinin qorunması nəticəsində ceyranların sayı artmağa başladı. 1961-ci ildə cəmi 77 baş olan populyasiyanın bu gün 7 mini ötməsi görülən işlərin miqyasını aydın göstərir. Ceyranlar əsasən açıq düzənliklərdə, yarımsəhra və çöl landşaftlarında yaşamağa uyğunlaşmış heyvanlardır. Zərif bədən quruluşu, uzun və incə ayaqları onlara yüksək sürətlə hərəkət etmək imkanı verir. Təhlükə hiss etdikdə qısa müddətdə uzaq məsafə qət edə bilirlər. Bu heyvanların əsas qida rasionunu müxtəlif yabanı otlar, kol yarpaqları və digər bitkilər təşkil edir. Quraq ərazilərdə yaşamağa uyğunlaşdıqları üçün bitkilərin tərkibindəki nəmdən də istifadə edə bilirlər.
Ceyranlarda cinsi fərqlər də nəzərə çarpır. Erkək fərdlərin buynuzları mövcuddur, dişilər isə əsasən buynuzsuz olur. Onlar çox vaxt kiçik və ya böyük sürülər şəklində hərəkət edir, xüsusilə təhlükə zamanı bir-birlərinə yaxın dayanırlar. Ceyranların çoxalma dövrü və balalama prosesi də təbiətin maraqlı hadisələrindəndir. Əlverişli hava şəraitindən asılı olaraq balalama əsasən yaz aylarında baş verir. Dişi ceyranlar, adətən, bir, bəzən isə iki bala dünyaya gətirirlər. Yeni doğulan balalar ilk dövrlərdə ətraf mühitin təhlükələrindən qorunmağa ehtiyac duyurlar. Şirvan Milli Parkında ceyranların sayının artması təkcə bu ərazidə populyasiyanın bərpası baxımından deyil, ölkənin digər bölgələrində də onların tarixi yaşayış areallarının yenidən canlandırılması baxımından əhəmiyyətlidir. Bu məqsədlə həyata keçirilən reintroduksiya tədbirləri çərçivəsində 2010-cu ildən indiyədək Şirvan Milli Parkından 460-dan çox ceyran götürülərək Azərbaycanın müxtəlif ərazilərinə köçürülüb. Bu prosesin əsas məqsədi vaxtilə ceyranların yaşadığı, lakin sonradan onların sayının azaldığı ərazilərdə populyasiyanı yenidən bərpa etməkdir. Beləliklə, Şirvan Milli Parkı yalnız ceyranların qorunduğu məkan deyil, həm də onların ölkə ərazisində yayılmasına töhfə verən mühüm təbiət mərkəzinə çevrilib.
Şirvan Milli Parkının qorunması eyni zamanda ekoloji maarifləndirmə və təbiət turizmi baxımından da əhəmiyyət daşıyır. Burada yaradılan müşahidə imkanları insanların vəhşi təbiətlə daha yaxından tanış olmasına, nadir canlıların həyat tərzini öyrənməsinə şərait yaradır. Bir vaxtlar cəmi 77 fərdlə nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların bu gün minlərlə fərdlə Şirvan düzündə yaşaması təbiətin mühafizəsinin nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Bu gün Şirvan Milli Parkında qorunan hər bir ceyran, əslində, Azərbaycanın təbii irsinin bir parçasıdır. Onların sayının artması isə yalnız bir heyvan növünün deyil, bütövlükdə təbiətin qorunması istiqamətində əldə olunan mühüm nəticədir. İqbal Ziya

Mənbə
oxu.az