İdman

Messi və Ronaldu yenə bir siyahıda: Rəmzi yığmanın namizədləri bəlli oldu

02 Nov 2026, 21:36 3 baxış
Messi və Ronaldu yenə bir siyahıda: Rəmzi yığmanın namizədləri bəlli oldu
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı ilin rəmzi yığmasına daxil olmaq üçün namizədlərin siyahısını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "FIFPro"nun rəsmi saytında məlumat verilib. Siyahıya dünyanın 73 ölkəsindən olan 19 806 peşəkar futbolçunun səsverməsi nəticəsində müəyyənləşdirilmiş 26 oyunçu daxil edilib. Futbolçuların 2025-ci il avqustun 4-dən 2026-cı il iyulun 19-dək göstərdikləri performans qiymətləndirilib. Namizədlərin bu müddət ərzində azı 30 rəsmi oyunda iştirak etməsi tələb olunub. Rəmzi yığmaya ən çox səs toplayan bir qapıçı, üç müdafiəçi, üç yarımmüdafiəçi və üç hücumçu seçiləcək. Sonuncu - 11-ci yer isə mövqeyindən asılı olmayaraq, ən çox səs toplayan növbəti meydan oyunçusuna veriləcək. "FIFPro"nun 2026-cı il rəmzi yığmasına namizədləri: Qapıçılar: - Tibo Kurtua ("Real Madrid"); - Emiliano Martines ("Aston Villa" / "Çelsi"); - David Raya ("Arsenal"). Müdafiəçilər: - Pau Kubarsi ("Barselona"); - Mark Kukurelya ("Çelsi" / "Real Madrid"); - Vircil van Deyk ("Liverpul"); - Qabriel Maqalyaeş ("Arsenal"); - Əşrəf Hakimi (PSJ); - Nunu Mendeş (PSJ); - Uilyam Saliba ("Arsenal"); - Dayot Upamekano ("Bavariya"). Yarımmüdafiəçilər: - Cud Bellinqem ("Real Madrid"); - Brunu Fernandeş ("Mançester Yunayted"); - Enzo Fernandes ("Çelsi" / "Mançester Siti"); - Pedri ("Barselona"); - Deklan Rays ("Arsenal"); - Rodri ("Mançester Siti" / "Barselona"); - Vitinya (PSJ). Hücumçular: - Erlinq Holand ("Mançester Siti"); - Harri Keyn ("Bavariya"); - Xviça Kvaratsxeliya (PSJ); - Kilian Mbappe ("Real Madrid"); - Lionel Messi ("İnter Mayami"); - Maykl Olise ("Bavariya"); - Kriştianu Ronaldu ("Ən-Nəsr"); - Lamin Yamal ("Barselona").
Messi və Ronaldu yenə bir siyahıda: Rəmzi yığmanın namizədləri bəlli oldu
Mənbə oxu.az

Oxşar Xəbərlər