Digər

Leyla Şıxlinskayadan “Gün keçdi” ilə bağlı maraqlı təklif

02 Nov 2026, 22:41 2 baxış
Leyla Şıxlinskayadan “Gün keçdi” ilə bağlı maraqlı təklif

Xalq artisti Leyla Şıxlinskaya “Gün keçdi” filminin davamının çəkilməsini istəyir.


Kult.az Axşam.az-a istinadla xəbər verir ki, aktrisa bu barədə “Qonaqcanlı” verilişində danışıb.


O, “Bu gün də keçdi” adlı qısametrajlı ekran əsərinin lentə alınmasını arzuladığını bildirib:


“Mən istərdim ki, “Bu gün də keçdi” adlı qısa film çəksinlər. “Gün keçdi” filmindən kadrları götürək. Orada “Oqtay” obrazına da heç gərək yoxdur. Amma hələlik bununla bağlı bir cavab yoxdur. Bunun üçün də pul lazımdır”.


Qeyd edək ki, “Gün keçdi” filmində Leyla Şıxlinskaya "Əsmər", Həsən Məmmədov isə "Oqtay" obrazını canlandırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər