Digər
Rusiya Zaporojyeyə güclü zərbə endirdi: 24 ölü
Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə bir neçə aviasiya bombası ilə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Teleqram kanalında məlumat yayılıb.
Hücum nəticəsində ən azı 24 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.
Mənbə
axar.az