İdman

Harri Keyn: "Messinin sol ayağı məndə olsaydı, dayandırılmağım mümkün olmazdı"

02 Nov 2026, 19:24 1 baxış
Harri Keyn: "Messinin sol ayağı məndə olsaydı, dayandırılmağım mümkün olmazdı"
İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn oyununda inkişaf etdirmək istədiyi məqamların olduğunu bildirib. Oxu.Az "L"Équipe" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı forvard hələ də üzərində işləməli məqamların olduğunu, lakin hazırda karyerasının ən yaxşı formada olduğunu vurğulayıb. "Həmişə inkişaf etdirmək istədiyin məqamlar var. Karyeramı başa vuracağım günə qədər belə olacaq. Bununla belə, düşünürəm ki, heç vaxt indiki qədər universal futbolçu olmamışam. Meydana çıxanda həm fiziki, həm də psixoloji baxımdan ən yaxşı vəziyyətdə olduğumu hiss edirəm. Oyunu və boş sahələri anlamaq, mövqe seçimi, müdafiəçilərin diqqətini özümə yönəltmək və qol imkanlarından istifadə etmək bacarığım yüksək səviyyədədir. Bunu məşqlərdə, xüsusilə də vurduğum qollarda hiss edirəm. Məhz bu, məni daha da həvəsləndirir. Hələ də əla formadayam. Görək, nə qədər irəli gedə biləcəyəm", - deyə hücumçu qeyd edib. Keyn başqa bir futbolçunun xüsusiyyətini özündə görmək istəsəydi, Lionel Messinin sol ayağını seçəcəyini də zarafatla bildirib: "Əgər elə indi Messinin sol ayağı məndə olsaydı, məni dayandırmaq, mümkünsüz olardı!" Qeyd edək ki, Harri Keyn 2026-cı il oktyabrın 26-da Londonda keçirilən mərasimdə "mövsümün ən yaxşı futbolçusu" mükafatına layiq görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər