Dünya
Göbək rəqsi ilə dünyada tanınan fenomenin son halı - Video
Göbək rəqsləri ilə bütün dünyada məşhurlaşan türkiyəli bloqer Yasin Cengiz yenidən gündəmə gəlib. Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə sosial şəbəkələrdə onun xəstəxanada əlil arabasında aparıldığını əks etdirən görüntülər yayılıb.
Mətbuatın yazdığına görə, sözügedən video təxminən üç həftə əvvəl lentə alınıb. İddialara əsasən, artıq çəki səbəbindən bloqerin hərəkət etməsi çətinləşib. Hazırda Cengizin səhhəti ilə bağlı heç bir rəsmi məlumat verilməyib. Qeyd edək ki, Yasin Cengiz Biser Kingin "Dom Dom Yes Yes" mahnısının sədaları altında etdiyi rəqslər, həmçinin sürətlə yayılan "Skibidi Dop Dop" trendi sayəsində qlobal populyarlıq qazanıb. Onun rəqs və yemək yeməyi birləşdirdiyi videoları milyonlarla baxış toplayıb.

Mənbə
oxu.az