Kriminal

Anar Əliyev özünə yeni müşavir təyin etdi

02 Nov 2026, 16:52 2 baxış
Anar Əliyev özünə yeni müşavir təyin etdi
Əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin olunub. Oxu.Az xəbər verir ki, bu barədə nazir Anar Əliyev əmr imzalayıb. Əmrə əsasən sözügedən vəzifəyə Rəşid Şamil oğlu Vəzirov təyin olunub. Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunu, tibb üzrə fəlsəfə doktorudur. Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) və Yaponiyanın Fukuoka şəhərində təhsil və ixtisasartırma proqramlarında iştirak edib. Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə, 2018-ci ildən Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində işləyib. Uzun illər səhiyyə idarəçiliyi, beynəlxalq layihələrin əlaqələndirilməsi və irimiqyaslı tədbirlərin tibbi təminatının təşkili sahələrində çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər