Digər

Kolumbiyada hərbi bazaya hücum edildi: ölənlər var

02 Nov 2026, 16:55 3 baxış
Kolumbiyada hərbi bazaya hücum edildi: ölənlər var

Kolumbiyanın qərbində yerləşən Planadas bələdiyyəsində hərbi bazaya dron və minalanmış yük maşını ilə hücumu edilib.


Axar.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.


Məlumata görə, hücum nəticəsində azı 4 nəfər ölüb. Ölənlər arasında ikiaylıq körpə də var.


Partlayış nəticəsində bir neçə yaşayış evinə də ziyan dəyib.


Plnadas bələdiyyənin meri Xuan Kamilo Uehe Rivera ərazidə komendant saatının tətbiq olunduğunu elan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər