Dünya
Kolumbiyada hərbi baza yaxınlığında partlayış: Ölənlər var - Foto/Video
Kolumbiyanın qərbində naməlum şəxslər PUA-lardan istifadə edərək, hərbi baza yaxınlığında minalanmış yük maşınını partladıblar. Hadisə nəticəsində azı dörd nəfər həlak olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə Tolima departamentinin qubernatoru Adriana Maqali Matis öz "X" hesabında məlumat verib.
Hadisə hərbi bazanın yerləşdiyi Planadas bələdiyyəsində baş verib. "İlkin məlumata görə, Planadasda baş verən hücum nəticəsində, dörd nəfər, o cümlədən iki aylıq körpə həlak olub", - deyə qubernator bildirib. Partlayış nəticəsində bir neçə evə ciddi ziyan dəyib. Həmçinin aptekdə yanğın baş verib. Bələdiyyənin meri Xuan Kamilo Uexe Ribera öz sosial şəbəkə hesabında komendant saatının tətbiq olunduğunu elan edib.

Mənbə
oxu.az