Kriminal
Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Borsunlu-Rəhimli-Səfikürd avtomobil yolunda baş verib. Belə ki, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Arzu Vəliyevi "Ford" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Yusuf Məmmədli
Mənbə
oxu.az