İdman

"Liverpul" doğma meydanda "Arsenal"a uduzdu - Video

01 Nov 2026, 22:40 2 baxış
"Liverpul" doğma meydanda "Arsenal"a uduzdu - Video
İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün IX turunda "Arsenal" səfərdə "Liverpul"u minimal hesabla məğlub edib. Oxu.Az xəbər verir ki, "Enfild" stadionunda keçirilən qarşılaşma London təmsilçisinin 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini 16-cı dəqiqədə Kay Havertsin vurduğu qol həll edib. O, Deklan Raysın ötürməsindən sonra fərqlənib. Doqquz oyundan sonra 15 xal toplayan "Liverpul" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. 24 xalı olan "Arsenal" isə liderliyini davam etdirir. Növbəti turda "Liverpul" noyabrın 8-də səfərdə "Kristal Pelas"la qarşılaşacaq. "Arsenal" isə noyabrın 7-də "Hall Siti"ni qəbul edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər