Cəmiyyət

Şəhid Əli Heydərovun atası vəfat etdi

01 Nov 2026, 22:48 2 baxış
Şəhid Əli Heydərovun atası vəfat etdi
Abşeronda şəhid atası vəfat edib. Oxu.Az xəbər verir ki, şəhid Əli Heydərovun atası İntiqam Heydərov dünyasını dəyişib. Qeyd edək ki, Əli Heydərov 1997-ci il mayın 10-da Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. Əli Heydərov hərbi xidmətini yerinə yetirərkən cəbhə xəttində düşmən təxribatlarının qarşısının alınmasında böyük şücaət göstərib. O, 2016-cı il mayın 8-də təmas xəttində düşmən atəşinin qarşısını alarkən şəhid olub. Doğulduğu Qobu qəsəbəsində dəfn edilib. İqbal Ziya
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər