Kriminal
Sumqayıtda iki gündür eyni mənzərə: Beş avtomobil toqquşdu
Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Fiat", "Chevrolet", "Hyundai" və "Mercedes" markalı minik avtomobilləri, eləcə də "Ford" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən gün də Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş vermişdi. İqbal Ziya
Mənbə
oxu.az