Dünya
Ankarada polis hərəkətə keçdi: 109 şübhəli saxlanıldı - Foto
Ankarada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan 109 şübhəlidən 40-ı barəsində həbs qətimkan tədbiri seçilib. Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Polis əməkdaşları oktyabrın 25-dən 31-dək şəhərin müxtəlif ünvanlarında əməliyyatlar keçiriblər. Əməliyyatlar zamanı müxtəlif növ və miqdarda narkotik vasitələr, dörd elektron tərəzi, bir qaz tapançası, həmin silah üçün üç patron, 24 ov tüfəngi patronu, həmçinin 159 475 Türkiyə lirəsi götürülüb. Məhkəməyə göndərilən 109 şübhəlidən 40-ı barəsində həbs qətimkan tədbiri seçilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az