Dünya

"TikTok" videosu Moskvada terror planını üzə çıxardı: Yeniyetmə saxlanıldı

01 Nov 2026, 19:24 3 baxış
"TikTok" videosu Moskvada terror planını üzə çıxardı: Yeniyetmə saxlanıldı
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktına hazırlıqla bağlı daxil olan məlumatı yoxlayarkən bir yeniyetmənin saxlanıldığını açıqlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, "Saritsıno" muzey-qoruğunda terror aktına hazırlıqla bağlı məlumat saxlanılan yeniyetmənin "TikTok"da paylaşdığı videodan əldə edilib. Məlumata görə, yeniyetmə həmçinin "Telegram"da neonasist məzmunlu kanala abunə olub və kütləvi qətllərlə bağlı məlumatlar axtarıb. Qurumun məlumatına əsasən, yeniyetmə videoda taktiki geyimdə, eynəkdə və qulaqlıqda çəkilmiş fotolarını, eləcə də silahabənzər əşya ilə görüntülərini paylaşıb. O, həmçinin "Saritsıno"da çəkdirdiyi fotoları "I found a place" ("Mən bir yer tapdım") qeydi ilə yayımlayıb. FTX-nin məlumatına görə, yeniyetmənin evində videoda görünən əşyalar aşkarlanıb. Qeyd edək ki, oktyabrın 31-də FTX ABŞ tərəfinin Moskvada terror aktına hazırlıqla bağlı məlumat verdiyini açıqlamışdı. Bundan sonra paytaxtdakı "Saritsıno" muzey-qoruğunun ərazisinə giriş müvəqqəti olaraq məhdudlaşdırılmışdı.
"TikTok" videosu Moskvada terror planını üzə çıxardı: Yeniyetmə saxlanıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər