Dünya

Trampın iqamətgahının yaxınlığında zenit-raket kompleksləri quraşdırılıb - FOTO

31 Oct 2026, 14:06 3 baxış
Trampın iqamətgahının yaxınlığında zenit-raket kompleksləri quraşdırılıb - FOTO
ABŞ prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahının yaxınlığında yerləşən üzən barjada "Avenger" hava hücumundan müdafiə (HHM) sistemləri quraşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Palm Beach Daily News"un fotolarına istinadən "The Telegraph" nəşri məlumat yayıb. "ABŞ Məxfi Xidməti yüksək təhlükə şəraitində fəaliyyət göstərir və biz qorunan şəxslərin təhlükəsizliyini təmin etmək üçün qabaqcıl texnologiyalar, alətlər və metodlar tətbiq edərək mühafizə tədbirlərimizi mütəmadi olaraq təkmilləşdiririk", - deyə qurumun nümayəndəsi bildirib. Nəşrin məlumatına görə, "Avenger" sistemləri avqust ayında Trampın Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubunun yaxınlığında da müşahidə olunmuşdu. Prezident Mar-a-Laqoda olarkən malikanənin ətrafındakı hava məkanına məhdudiyyətlər tətbiq edilir. Məxfi Xidmət isə terror təhdidlərini əsas gətirərək uçuşlara daimi qadağa qoyulmasına çalışır. Qeyd edək ki, son bir il ərzində idarə tərəfindən mühafizə olunan şəxslərə qarşı təhdidlərin sayı 40% artıb. Məxfi Xidmətin direktor müavini Metyu Kuinn prezidentin orada olub-olmamasından asılı olmayaraq, Mar-a-Laqo üçün hava təhlükəsini "daimi və əhəmiyyətli" adlandırıb. Qısa mənzilli mobil HHM sistemi olan "Avenger" qanadlı raketlər, pilotsuz uçuş aparatları, eləcə də aşağı hündürlükdə uçan təyyarə və helikopterləri məhv etmək üçün nəzərdə tutulub.
{{gallery}}
Trampın iqamətgahının yaxınlığında zenit-raket kompleksləri quraşdırılıb - FOTO Trampın iqamətgahının yaxınlığında zenit-raket kompleksləri quraşdırılıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər